O, “Twitter” səhifəsində bu haqda yazıb. O, “Twitter” səhifəsində bu haqda yazıb.
  • Qərb
  • 21 Yanvar 2019 19:55
  •  1 351

Maykl Pompeo İrana qarşı sanksiyaların genişləndirilməsinə çağırdı

O, “Twitter” səhifəsində bu haqda yazıb.

ABŞ-ın dövlət katibi Maykl Pompeo İranın “Mahan Air” şirkətinə Almaniya hava limanlarına reyslər həyata keçirməyi qadağan edən bu ölkənin Nəqliyyat və Rəqəmli İnfrastruktur Nazirliyinin qərarını alqışladıqlarını deyərək başqa müttəfiqləri də eyni addımı atmağa çağırıb.

M.Pompeo “Twitter”dəki səhifəsində sözügedən hava nəqliyyatı şirkətinin Yaxın Şərqdə silah və hərbçiləri daşıyaraq İranın bölgədə sabitliyə xələl gətirən səylərini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökuməti təhlükəsizliyi təmin etmək zərurətini əsas gətirərək “Mahan Air”ə ölkə hava limanlarını bağladıqlarını açıqlamışdı. (report)

AzNews.az