“Proqnoz dövrü ərzində neft qiymətlərinin ABŞ və Kanadada hasilatın artımı, dünyada tələbatın azalması ilə sabitləşəcəyi gözlənilir". “Proqnoz dövrü ərzində neft qiymətlərinin ABŞ və Kanadada hasilatın artımı, dünyada tələbatın azalması ilə sabitləşəcəyi gözlənilir".
  • Qərb
  • 7 Fevral 2019 18:09
  •  1 753

Avropa Komissiyası neft qiymətlərinə dair proqnozunu azaltdı

“Proqnoz dövrü ərzində neft qiymətlərinin ABŞ və Kanadada hasilatın artımı, dünyada tələbatın azalması ilə sabitləşəcəyi gözlənilir".

Avropa Komissiyası 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta illik qiymətlərinə dair proqnozuna dəyişiklik edib.

Komissiyanın yeni hesabatına görə, ABŞ və Kanadada neft hasilatının artması ilə əlaqədar bir barel neftin qiyməti 61 dollar məbləğində dəyərləndirilir.

“Proqnoz dövrü ərzində neft qiymətlərinin ABŞ və Kanadada hasilatın artımı, dünyada tələbatın azalması ilə sabitləşəcəyi gözlənilir. Fyuçers bazarlarının məlumatına görə, “Brent” markalı neftin bir barelinin 2019-2020-ci illərdə orta illik qiyməti 61 dollar səviyyəsində gözlənilir ki, bu da payızda 2019-cu il üçün verilən proqnozdakına nisbətən 24 faiz, daha əvvəl 2020-ci il üçün verilən proqnozlara nisbətən isə 20% azdır”, - deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, 2018-ci ilin payızında Avropa Komissiyası “Brent” markalı neftin bir barelinin 2019-cu il üçün proqnozunu 80,6 dollar, 2020-ci il üçün isə 76,7 dollar məbləğində vermişdi. (report)

AzNews.az