"Tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər". "Tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər".
  • Qərb
  • 8 Fevral 2019 20:47
  •  2 305

ABŞ Prezidentinin kürəkəni Körfəz ölkələrinə səfər edəcək

"Tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər".

ABŞ Prezidentinin baş müşaviri və kürəkəni Cared Kuşner Körfəz ölkələrinə “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün səfər edəcək.

Danışıqlarda onunla birlikdə ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Ceyson Qrinblattın iştirakı planlaşdırılıb.

Bildirilib ki, ABŞ Prezidentinin təşəbbüsüylə hazırlanan “Əsrin müqaviləsi”ndə Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi nəzərdə tutulub.

ABŞ nümayəndə heyəti fevralın sonunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətərə səfər edəcək.

ABŞ hakimiyyətindəki anonim mənbə bildirib ki, Kuşner ərəb dövlətlərindəki hakimiyyətləri Donald Trampın planı çərçivəsində Fələstin iqtisadiyyatının inkişafını dəstəkləməyə dəvət etmək niyyətindədir. Bununla belə, tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər.

Trampın kürəkəni gələn həftə Polşanın paytaxtı Varşavada Yaxın Şərq üzrə beynəlxalq konfransda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb.

İsrail KİV-i bildirib ki, Vaşinqton razılaşmanın detallarını apreldə İsraildə keçiriləcək parlament seçkilərindən sonra açıqlayacaq. (report)

AzNews.az