ABŞ-ın dövlət borcu 22,012 trilyon dollaradək artıb. ABŞ-ın dövlət borcu 22,012 trilyon dollaradək artıb.
  • Qərb
  • 13 Fevral 2019 09:23
  •  2 328

ABŞ-ın dövlət borcu 22 trilyon dollara çatdı

ABŞ-ın dövlət borcu 22,012 trilyon dollaradək artıb.

Bu barədə Amerika Maliyyə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, bu, ölkə tarixində rekord həddir. 2019-cu ilin fevralından həmin göstərici 90 milyard dollardan çox artıb. Nazirlik qeyd edib ki, 11 ay ərzində Amerikanın dövlət borcu bir trilyon dollardan çox artıb.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə – 20 Yanvar 2017-ci il tarixindən 2 trilyon dollardan çox artıb. Respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına bu nəzarət dövrü ərzində dövlət borcu əməli olaraq 22 trilyon dollara (21,974 trln. dollar) çatıb. Başqa sözlə, dövlət borcu Trampın prezidentliyi dövründə 10 faiz çoxalıb.(report.az)

AzNews.az