Mətbuat konfransında mühafizəçilərin sayı artırılıb. Mətbuat konfransında mühafizəçilərin sayı artırılıb.
  • Qərb
  • 13 Fevral 2019 12:56
  •  2 123

Mafiyadan bəhs edən filmin çəkiliş qrupunun mühafizəsi gücləndirildi

Mətbuat konfransında mühafizəçilərin sayı artırılıb.

Berlin kinofestivalının təşkilatçıları Neapol mafiyası barədə çəkilmiş “Neapol piraniləri” filminin premyerası zamanı təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Görülən tədbirlər çərçivəsində çəkiliş qrupunun mətbuat konfransında mühafizəçilərin sayı artırılıb, festivala aparan yol boyu isə bir neçə əlavə polis avtomobili növbə çəkir.

Təhlükəsizlik tədbirləri mafiyanın filmin ssenari müəllifi, yazıçı və jurnalist Roberto Savyano barəsində ölüm hökmü çıxarması ilə bağlıdır. Savyano İtaliya Daxili İşlər Nazirliyi tərəfindən mühafizə altına alınıb.

Françesko Di Napoli, Artyom Tkaçuk, Vivivana Aprea, Paskuale Marotta və başqalarının rol aldığı “Neapol piraniləri” filmində neopolitan yeniyetmələrinin cinayətkar aləmin kralları olmaq üçün cəmiyyətin aşağı qatlarından özlərinə yol açmalarından bəhs edilir.(AZƏRTAC)

AzNews.az