Bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib. Bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib.
  • Qərb
  • 13 Fevral 2019 14:17
  •  2 471

Los-Ancelesdə xəz geyimlərə qadağa

Bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib.

2021-ci ildən başlayaraq Kaliforniyanın Los-Anceles şəhərində təbii xəzdən bütün növ paltar və aksessuar istehsal etmək və satmaq qadağan olunacaq.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib. Beləliklə, Los-Anceles ABŞ-ın heyvan xəzlərinin moda sənayesində istifadəsindən imtina edəcək ən iri şəhəri olacaq.

“Mən heyvanların mənasız yerə öldürülməsinin qarşısını almaq yolunda şəhərimizin atdığı addıma görə qürur hissi keçirirəm” – deyə şəhər şurasının üzvü Bob Blamenfild bildirib.

2014-cü ildə dünya üzrə xəz məmulatlarının pərakəndə satış bazarı 35,8 milyard dollar təşkil edib. Bununla yanaşı, bir sıra iri istehsalçılar yalnız təbii xəz və dəridən paltar, yaxud ayaqqabı istehsalı sahəsində ixtisaslaşıb. Bəzi məşhur dizaynerlər artıq öz kolleksiyalarında təbii xəzdən istifadə etməyəcəklərini elan ediblər. Onların arasında “Versace”, “Gucci”, “Michael Kors”, “Ralph Lauren”, “Tommy Hilfiger” və digər brendlər var. “Coach” kompaniyası isə 2019-cu ilin payız kolleksiyasından başlayaraq məhsul istehsalında yalnız süni xəzdən istifadə olunacağını bildirib.(AZƏRTAC)

AzNews.az