Konfransda ABŞ-ın Dövlət katibi Mayk Pompeo başlıca rolu oynayacaq. Konfransda ABŞ-ın Dövlət katibi Mayk Pompeo başlıca rolu oynayacaq.
  • Qərb
  • 13 Fevral 2019 16:53
  •  2 127

ABŞ-ın Yaxın Şərq Konfransı fiaskoya uğrayır

Konfransda ABŞ-ın Dövlət katibi Mayk Pompeo başlıca rolu oynayacaq.

Yaxın Şərqdə sülh və təhlükəsizliyə həsr olunacaq beynəlxalq konfransa bir çox ölkələrdən rəsmi şəxslər gəlməyəcək.

“Vaşinqton Post” qəzeti xəbər verir ki, konfransa Səudiyyə Ərəbistanı, İsrail və bir sıra körfəz ölkələri qatılacaq.

Amma Fələstin Muxtariyyəti və iranyönlü qüvvələrin siyasi hakimiyyətdə olduğu Livan Polşa paytaxtı Varşavada baş tutacaq konfransa qatılmayacaq. Konfransda ABŞ-ın Dövlət katibi Mayk Pompeo başlıca rolu oynayacaq.

Bununla belə, “Vaşinqton Post” konfransda bir çox ölkələrin olmayacağını bildirir. Əksər ölkələr konfransın anti-İran ritorikası ilə başa çatacağını təmin edir. Bu səbəbdən də, 60 ölkədən yalnız 3-u konfransda iştirak edəcək.(modern.az)

AzNews.az