Məqsəd Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir. Məqsəd Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.
  • Qərb
  • 14 Fevral 2019 13:55
  •  1 666

Elmar Məmmədyarov Almaniyaya getdi

Məqsəd Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məqsəd bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

AzNews.az