Meksika divarı üçün tələb olunan məbləğ ayrılmayıb. Meksika divarı üçün tələb olunan məbləğ ayrılmayıb.
  • Qərb
  • 15 Fevral 2019 12:15
  •  2 874

ABŞ Konqresi və Nümayəndələr Palatası büdcəni təsdiqlədi - Trampı sevindirən xəbər

Meksika divarı üçün tələb olunan məbləğ ayrılmayıb.

ABŞ Konqresi və Nümayəndələr Palatası hökumətin bağlanmaması üçün büdcəni təsdiqləyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, büdcədə ABŞ prezidenti Donald Trampın "Meksika divarı" üçün tələb etdiyi məbləğ yer almayıb.

Trampın Meksika sərhədinə inşa etmək istədiyi divar üçün fövqəladə vəziyyət elan etməsi gözlənilir.

Qeyd edək ki, Tramp divar üçün 5,7 milyard dollar tələb etsə də cəmi 1,37 milyard dollar ayrılıb. Əskik qalan hissə isə büdcədən hərbi xərclər üçün ayrılan vəsaitdən təmin ediləcək.

Pərvanə Ağazadə

AzNews.az