BMT Təhlükəsizlik Şurası baş verən terror aktını kəskin şəkildə qınayıb. BMT Təhlükəsizlik Şurası baş verən terror aktını kəskin şəkildə qınayıb.
  • Qərb
  • 15 Fevral 2019 15:38
  •  2 484

İranda törədilən terror aktı BMT-də müzakirə olundu

BMT Təhlükəsizlik Şurası baş verən terror aktını kəskin şəkildə qınayıb.

İranda törədilən terror aktı fevralın 15-də BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

BMT Təhlükəsizlik Şurası baş verən terror aktını kəskin şəkildə qınayaraq bütün dövlətlərə müraciət edib və cinayətkarların tutulub cəzalandırılması üçün İrana yardım etmələrini istəyib.

Təhlükəsizlik Şurasının yaydığı açıqlamada həlak olan hərbçilərin ailələrinə başsağlığı verilib. Bildirilib ki, məqsədindən asılı olmayaraq törədilən terror aktı bəşəriyyətə qarşı yönəldilən cinayətdir. Terrorçuluq beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir. Bütün dövlətlər terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidirlər.

Xatırladaq ki, İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20-si hərbçi olmaqla 41 nəfər həlak olub.(AZƏRTAC)

AzNews.az