Həkimlər bildirirlər ki, ən yaxşı ehtiyat tədbiri vaksindir. Həkimlər bildirirlər ki, ən yaxşı ehtiyat tədbiri vaksindir.
  • Qərb
  • 15 Fevral 2019 17:26
  •  1 358

Yunanıstanda qriplə bağlı karantin elan olundu

Həkimlər bildirirlər ki, ən yaxşı ehtiyat tədbiri vaksindir.

Son həftə ərzində qrip epidemiyası Yunanıstanda 17 nəfərin ölməsinə səbəb olub.

Bununla da viruslu yoluxma qurbanlarının sayı ötən ilin oktyabrından bəri 56-ya çatıb.

“Euronews” xəbər verir ki, bu məlumatı Yunanıstanın Xəstəliklərin Profilaktikası və Nəzarət Milli Mərkəzi (Keelpno) yayıb.

Ən geniş yayılmış ştamm - H1N1 donuz qripi nə uşaqlara, nə də böyüklərə aman vermir. Bu xəstəliyin əlamətləri ilə hospitalizasiya olunan 219 nəfərin sırasına ən müxtəlif yaş qrupuna aid pasiyentlər daxildir.

Onlardan yalnız 13 faizi peyvənd olunanlardır. Həkimlər bildirirlər ki, ən yaxşı ehtiyat tədbiri vaksindir.

A qripinin baş qaldırması bütün Avropa ərazisində qeydə alınıb. Fransada bu virusa yoluxanların sayının çoxluğundan xəstəxanalarda çarpayı çatışmazlığı müşahidə edilir. Ölkədə bu qış qrip ağırlaşmalarından təxminən 1800 insan həyatla vidalaşıb.(AZƏRTAC)

AzNews.az