Ağ Ev rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb. Ağ Ev rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb.
  • Qərb
  • 16 Fevral 2019 09:42
  •  2 124

Tramp İllinoysda ölənlərin yaxınlarına başsağlığı verdi

Ağ Ev rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İllinoys ştatında, Avrora şəhərində baş vermiş atışmada həlak olanların yaxınlarına başsağlığı verib.

Xarici mətbuata istinadən xəbər verilir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Avrorada, İllinoysda hüquq-mühafizə orqanlarının işi əladır. Həlak olanlara və onların ailələrinə səmimi başsağlığı", - deyə o, "Twitter"də yazıb.

Qeyd edək ki, Avrora şəhərində, "Henry Pratt" şirkətinin binasında atışma olub. Hadisə nəticəsində azı 5 nəfər həlak oluib. Əməliyyat zamanı 4 polis əməkdaşı yaralanıb. (Report)