"Biz Əsəd rejiminin ora qayıtmasını istəmirik". "Biz Əsəd rejiminin ora qayıtmasını istəmirik".
  • Qərb
  • 17 Fevral 2019 17:20
  •  1 049

ABŞ-dan Bəşər Əsədə xəbərdarlıq

"Biz Əsəd rejiminin ora qayıtmasını istəmirik".

ABŞ Bəşər Əsəd hökumətinin Suriyanın şimal-şərq hissəsinə nəzarəti bərpa etməsinin əleyhinədir.

TASS-ın məlumatına görə, belə bir bəyanatla Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri çıxış edib.

“Şimal-şərqdəki məqsədlərimiz dəyişməyib. Onlar bölgədə təhlükəsizliyin qorunub saxlanmasını nəzərdə tutur. Konkret olaraq bu o deməkdir ki, biz Əsəd rejiminin ora qayıtmasını istəmirik. Çünki bu rejim sabitliyə xidmət etmir”, - deyə o vurğulayıb.(oxu.az)

AzNews.az