Fransa Səhiyyə Nazirliyi ölkədə içkidən ölən insanların sayını açıqlayıb. Fransa Səhiyyə Nazirliyi ölkədə içkidən ölən insanların sayını açıqlayıb.
  • Qərb
  • 20 Fevral 2019 11:45
  •  1 621

Fransada hər il 41 min insan içkidən həyatını itirir

Fransa Səhiyyə Nazirliyi ölkədə içkidən ölən insanların sayını açıqlayıb.

2015-2017-ci illərdə aparılan araşdırma əsasında hesabatda qeyd olunur ki, Fransada hər il 41 min insan içkidən həyatını itirir. Dünyasını dəyişənlərin 30 minini kişilər, 11 minini isə qadınlar təşkil edir.

41 min insandan 16 mini içki nəticəsində yaranmış xərçəng xəstəliyi nəticəsində vəfat edir.

Bildirilir ki, 65-75 yaşarası insanların 50 faizi hər gün içki içir, 18-24 yaşarası insanların isə 20 faizi tez-tez sərxoş olur.(qafqazinfo.az)

AzNews.az