Hazırda ərazidə axtarışlar davam etdirilir. Hazırda ərazidə axtarışlar davam etdirilir.
  • Qərb
  • 20 Fevral 2019 12:10
  •  1 275

Qar uçqunu altında qalmış dörd xizəkçi xilas edildi

Hazırda ərazidə axtarışlar davam etdirilir.

Fevralın 19-da İsveçrə Alplarında xizəksürmə mərkəzlərinin birində baş vermiş qar uçqunu altında qalan dörd xizəkçi xilas ediliblər.

İsveçrənin məşhur Krans Montana xizəksürmə regionunda sürətlə hərəkət edən qar uçqunu xizəksürmə zolaqlarını örtüb. Nəticədə eni 100 metrə, uzunluğu 840 metrə çatan qar örtüyü həmin vaxtda xizək sürən şəxsləri öz ağuşuna alıb.

Polis və xilasedicilər indiyədək qar örtüyü altından dörd nəfərin xilas edildiyini, onlardan birinin ağır yaralı olduğunu deyib.

Hazırda ərazidə axtarışlar davam etdirilir.(AZƏRTAC)

AzNews.az