Azərbaycanlı gənc Dr Vüqar Şahbazlı Amerika Prezidenti və Amerikalı senatorlarla birlikdə səhər yeməyində dua edib. Azərbaycanlı gənc Dr Vüqar Şahbazlı Amerika Prezidenti və Amerikalı senatorlarla birlikdə səhər yeməyində dua edib.
  • Qərb
  • 20 Fevral 2019 14:19
  •  3 847

Azərbaycanlı gənc fəal Trampla birlikdə Allaha dua etdi

Azərbaycanlı gənc Dr Vüqar Şahbazlı Amerika Prezidenti və Amerikalı senatorlarla birlikdə səhər yeməyində dua edib.

Dr.Vüqar Şahbazlı Millennial Düşüncə Mərkəzinin təsisçi üzvü, hər il 1953-ci ildən Amerika Prezidenti, senator ve konqresmenlərin iştirakı ilə ABŞ Waşinqton, DC-də keçirilən 67-ci Milli Dua Ziyafətində iştirak edib.

AzNews.az xəbər verir ki, ziyafətin ikinci günündə ziyafət iştirakçıları ABŞ Prezidenti Trampla səhər yeməyinə qatılıb və dünyada xalqlarası və dinlərarası sülhün bərqərar olması üçün birlikdə dua ediblər.

Dr.Vüqar Şahbazlının ziyafətdə bir çox amerikalı konqresmen və senatorlar, Albaniya və Qananın Prezidenti ilə görüşmə imkan olub. O görüşləri zamanı Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərini, bir milyondan çox məcburi köçkünümüzün haqq səsini və Xocalı soyqırımı haqqında geniş izahat verib.

Görüşlərdə həmçinin Azərbaycan və Türkiyənin Amerika ilə münasibətlərinin daha da möhkəmlənməsi, ABŞ-ın qardaş Türkiyə PKK və onun qolu olan YPG-PYD ilə mübarizədə tam dəstək olması NPB-nin təşkilatçı üzvləri ilə də müzakirə edilib.

Təşkilatçı qrup üzvlərinə və konqresmenlərə Azərbaycanın dünya ölkələri arasında dinlərarası tolerantlıq və multikulturalizm üzrə nümunə ölkə olması və bu uğurun birbaşa cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın böyük əməyi nəticəsində əldə olunduğunu çatdırıb.

AzNews.az

image description image description image description