Bu barədə qərarı Paris məhkəmələrindən biri çıxarıb. Bu barədə qərarı Paris məhkəmələrindən biri çıxarıb.
  • Qərb
  • 21 Fevral 2019 10:03
  •  898

İsveçrə bankı 3,7 milyard avro cərimə olundu

Bu barədə qərarı Paris məhkəmələrindən biri çıxarıb.

İsveçrənin ən böyük banklarından biri olan UBS bankı (Union de Banques Suisses) vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə 3,7 milyard avro məbləğində cərimə olunub.

Bu barədə qərarı Paris məhkəmələrindən biri çıxarıb.

Məhkəmənin qərarına əsasən, İsveçrənin ən böyük maliyyə holdinqlərindən biri olan UBS bankı ümumilikdə 4,5 milyard avro ödəməlidir. Həmin məbləğin bir hissəsi (800 milyon avro) dəymiş zərərə görə təzminat kimi ödəniləcək. Varidatın idarə olunması üzrə tanınmış maliyyə institutlarından biri hesab edilən UBS zəngin fransız vətəndaşlarına vergidən yayınmada dəstək göstərməkdə təqsirkar bilinir.

UBS bankının nümayəndələri məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.

Hüquqşünasların fikrincə, hüquqi çəkişmə bir neçə instansiyada illərlə davam edə bilər.(AZƏRTAC)

AzNews.az