Hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır. Hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır.
  • Qərb
  • 21 Fevral 2019 15:20
  •  1 139

Montana ştatı satılır?

Hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır.

ABŞ-da dövlət borcunu azaltmaq üçün Montana ştatını 1 trilyon ABŞ dollarına Kanadaya satmaq təklifi irəli sürülüb.

“The New York Post” xəbər verir ki, Yan Hammond adlı şəxsin təklifi əsasında hazırlanan və “ifrat diqqət cəlb edən” müraciətdə deyilir: “Bizim borclarımız xeyli çoxalıb. Montana isə lazımsız bir yerdir. Sadəcə orada qunduz-filan yaşadığını onlara deyərsiniz, vəssalam”.

Hazırda müraciətin altında toplanan 12 minədək imzanın xeyli hissəsinin Montana sakinlərindən gəldiyi diqqət çəkir. Bu məsələnin Montana hakimiyyət qurumlarının narahatlığına səbəb olduğu, artıq ştatın satışına qadağa qoyan qanun layihəsinin də müvafiq şəkildə hazırlandığı bildirilir.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır.(report.az)

AzNews.az