Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər. Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər.
  • Qərb
  • 22 Fevral 2019 14:53
  •  1 815

Jurnalistlər məxfi polis hesabatını ələ keçirdilər - İsveçdə şok

Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər.

İsveçin ən böyük aeroportunun əməkdaşları arasında mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəsi olanlar aşkar edilib.

Stokholmun Arlanda aeroportunda mühüm vəzifələr tutan bəzi əməkdaşların kriminal ünsürlərlə əlaqədə olduqları müəyyən olunub. Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər. Sənəddə bildirilir ki, cinayətkarlarla əlaqəli olanlar aeroportun təhlükəsizlik xidməti, sərnişinlərin yoxlanılması zonası və hətta pasport nəzarəti məntəqəsinin əməkdaşları olublar.

Bundan başqa, bir sıra əməkdaşlara qarşı narkotik maddələrin qaçaqmalçılığı ittihamı irəli sürülüb.

Polisin hesabatında personalın daha diqqətli yoxlanılmasının zəruriliyi qeyd olunur. Qanun keşikçiləri hesab edirlər ki, bu cür yoxlamaların yetərsizliyi terror təhlükəsi qarşısında müdafiəsizliyə gətirib çıxara bilər.(AZƏRTAC)

AzNews.az