Kripto-mübadilə pul mübadiləsi biznesinin başqa növlərindən heç nə ilə fərqlənmir. Kripto-mübadilə pul mübadiləsi biznesinin başqa növlərindən heç nə ilə fərqlənmir.
  • Qərb
  • 22 Fevral 2019 15:16
  •  2 116

Lixtenşteyn poçtu bitkoinlə ticarətə başladı

Kripto-mübadilə pul mübadiləsi biznesinin başqa növlərindən heç nə ilə fərqlənmir.

Lixtenşteyn poçt xidməti öz şöbələrində kriptovalyutaların satışı və mübadiləsi xidmətlərinin təqdimatına başlandığını elan edib.

Fevral ayından başlayaraq arzu edən hər kəs paytaxt şöbələrindən hər hansı birində bitkoin ala, şəxsi pul kisəsi əldə edə bilər.

Gələcəkdə mübadilə xidmətlərini ölkənin bütün poçt şöbələrində tətbiq etmək, eyni zamanda, əlçatan sikkələrin siyahısına efirium (ETH), ripl (XRP), latkoin (LTC) və bitkoin keş (BCH) sikkələrini daxil etmək planlaşdırılır.

Virtual valyuta ilə ticarətə başlamaq məqsədilə Lixtenşteyn poçt xidməti İsveçrənin “Vardex Suisse AG” adlı tənzimlənən maliyyə şirkəti ilə əməkdaşlığa başlyıb. Bu təşəbbüsün təşkilatçılarının sözlərinə görə, kripto-mübadilə pul mübadiləsi biznesinin başqa növlərindən heç nə ilə fərqlənmir.

AzNews.az