Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb. Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb.
  • Qərb
  • 23 Fevral 2019 23:59
  •  1 671

“Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı Fransada çap olunub

Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz“ nəşriyyat evində çap olunan “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabının təqdimatı martın 23-də Strasburqun Nobel mükafatına layiq görülmüş əsərlərin təqdimatının baş tutduğu “Kleber“ kitab mağazasında keçiriləcək. “Azərbaycan ədəbiyyatıının antologiyası“ kitabı XIX əsrdən günümüzədək olan 28 yazıçının hekayətindən ibarətdir.

“Kəpəz“ nəşriyyat evində digər azərbaycanlı yazıçıların əsərləri hazırda çapa hazırlanır. Yaxın zamanlarda Nəriman Nərimanovun “Bahadır və Sona“ kitabı ispan dilində, Çingiz Abdullayevin kitabı fransız dilində işıq üzü görəcək. Timuçin Hacıbəylinin atası Ceyhun Haclıbəyli haqqında yazdığı “Miqrantların həyatı“ kitabı martda hazır olacaq.

Aznews.az