50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib. 50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.
  • Qərb
  • 13 Mart 2019 18:55
  •  2 589

Hollivud aktyorlarının övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstə ifşa edildi

50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.

ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və başqa imkanlı şəxslərin övladlarını müvafiq pul ödənişi müqabilində ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.

50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.

Başqa bir üsul da tətbiq edilib. Məsələn, aktrisa Lori Laflin iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500 min dollar rüşvət verməkdə şübhəli bilinir.

Dəstənin başçısı Uilyam Singer törətdiklərini etiraf edərək istintaqla əməkdaşlıq etməyə razılıq verib. (report)

AzNews.az