Hadisəni törədən şəxs qaçıb. Hadisəni törədən şəxs qaçıb.
  • Qərb
  • 18 Mart 2019 16:24
  •  1 462

Hollandiyada atışma olub: ölən var - Yenilənib

Hadisəni törədən şəxs qaçıb.

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir neçəsi də yaralanıb.

“Evening Standard” xəbər verir ki, hadisə yerinə hərbi polis və üç təcili yardım helikopteri cəlb olunub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Yerli KİV-in yazdığına görə, hadisəni törədən şəxs qaçıb.

Polis hadisədə “terror motivləri”nin olduğunu istisna etməyib. Məktəblər, məscidlər, nəqliyyat qovşaqlarında təhlükəsizlik tədbirləri artırılıb.

Hadisə ilə bağlı iki nəfərin axtarıldığı bildirilir.

Hökumət insidentdən sonra Utrextdə terror ehtimalının xeyli artdığını bildirib.

Baş nazir Mark Rutte yaranmış böhran vəziyyətinə hazır olmağa çağırıb.

***
15:16

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb.

“Evening Standard” xəbər verir ki, yerli polis sakinləri hadisə yerindən uzaq olmağa çağırıb.

Hələlik təfərrüat barədə məlumat yoxdur.(report.az)

AzNews.az

image description