Hadisə zamanı iki polis əməkdaşı ağır yaralanıb. Hadisə zamanı iki polis əməkdaşı ağır yaralanıb.
  • Qərb
  • 18 Mart 2019 17:29
  •  2 483

İki polisi yaralayan cinayətkara ömürlük həbs cəzası verildi

Hadisə zamanı iki polis əməkdaşı ağır yaralanıb.

Budapeşt Apellyasiya Məhkəməsi 2016-cı ildə Macarıstan paytaxtının mərkəzi bulvarında (Terez korut) əldəqayırma bombanı işə salan cinayətkarı ömürlük həbs cəzasına məhkum edib.

Hadisə zamanı iki polis əməkdaşı ağır yaralanıb.

Məhkəmənin hökmünə görə, cinayətkar 30 il ərzində azadlığa buraxıla bilməz.

İstintaq müəyyən edib ki, terrorçu silah ələ keçirmək üçün patrul dəstəsinə hücum edib. Cinayətkar bütün ittihamları qəbul edib, lakin ilkin məhkəmə araşdırması zamanı öz ifadələrindən boyun qaçırıb, daha sonra məhkəməyə gəlməkdən imtina edib.(AZƏRTAC)

AzNews.az