Trampla Makron Suriyadakı vəziyyəti müzakirə edib

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanüel Makronla telefonda Suriyadakı vəziyyəti, G7 çərçivəsində əməkdaşlığı və Brüsselin Vaşinqtonla ticarət danışıqlarını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ evin mətbuat katibi Sara Sandersin yazılı bəyanatında deyilir.

"Prezident Tramp bu gün telefon vasitəsi ilə Fransanın dövlət başçısı Emmanüel Makronla danışıb. Onlar Suriyadakı vəziyyət, G7 çərçivəsində əməkdaşlıq, həmçinin Birləşmiş Ştatlar ilə Avropa İttifaqı arasında ticarət danışıqlarını müzakirə ediblər", - deyə sənəddə bildirilir.

AzNews.az