“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi” “Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”
  • Qərb
  • 25 Mart 2019 21:45
  •  1 518

ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.

Bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”, - Tramp belə deyib.

Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

AzNews.az