Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub. Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub.
  • Qərb
  • 26 Mart 2019 11:03
  •  4 109

Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi

Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrik mətni ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunub.

Pompeo Azərbaycan sakinləri ilə yanaşı İran, Əfqanıstan, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan ərazisində bu bayramı qeyd edən digər millətlərin nümayəndələrinə də təbrik ünvanlayıb.

"Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub. Novruz qohum və dostları bir araya gətirərək, onlara keçmişi düşünmək və gələcək haqqında xəyal etmək üçün bir əsas verir. Bu, sevdiyiniz insanlarla ünsiyyət zamanıdır, istər onlar yaxın olsun, istərsə də uzaq", - deyə Pompeo bildirib.(Report)