2018-ci ildə ABŞ 42 istiqamət üzrə neft ixrac edib 2018-ci ildə ABŞ 42 istiqamət üzrə neft ixrac edib
  • Qərb
  • 16 Aprel 2019 10:15
  •  1 816

ABŞ neft ixracını 67% artırıb

2018-ci ildə ABŞ 42 istiqamət üzrə neft ixrac edib

ABŞ ötən il gündəlik neft ixracını əvvəlki ilə nisbətən 66,7% artıraraq 2 mln. barelə çatdırıb.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi məlumatda bildirilir.

EIA-in məlumatına əsasən, 2017-ci ildə ABŞ-ın gündəlik neft ixracı 1,2 mln. barel təşkil edib.

Artım ABŞ-da xam neft istehsalının artması və infrastrukturda deyişikliklərin həyata keçirilməsi nəticəsində mümkün olub. 2018-ci ildə ABŞ-da xam neft istehsalı əvvəlki ilə nisbətən 17% artaraq gündəlik 10,9 mln. barel təşkil edib.

Ötən il ərzində ABŞ-dan Çinə neft ixracı azalsa da, Cənubi Koreya, Tayvan və Kanada kimi ölkələrə ixrac həcmi artıb. Ümumiyyətlə, 2018-ci ildə ABŞ 42 istiqamət üzrə neft ixrac edib.(ona.az)

AzNews.az