O, kilsənin bərpasına “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb O, kilsənin bərpasına “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb
  • Qərb
  • 16 Aprel 2019 10:56
  •  1 737

Məşhur milyarder Notr-Damın bərpasına 100 milyon avro ayırdı

O, kilsənin bərpasına “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb

Fransız milyarder Fransua-Anri Pino dünən axşam saatlarında yanan tarixi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro (113 milyon dollar) ayırıb.

“NDTV” portalının verdiyi xəbərə görə, “Kerinq” şirkətinin sədri və baş icraçı direktoru, “Gucci”, “Balenciaga”, “Yves Saint Laurent” və digər tanınmış brendlərin rəhbəri kilsənin bərpasına ailəsinə məxsus “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb.(qafqazinfo.az)

AzNews.az