- Qərb
- 16 Aprel 2019 13:55
- 1 706
Putin Makrona kömək təklif etdi
Bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumatda bildirilir
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona Notr-Dam kilsəsinin bərpası üçün ən yaxşı rus mütəxəssislərin köməyini təklif edib.
Bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumatda bildirilir.
“Notr-Dam Fransanın tarixi simvolu, Avropa və dünya mədəniyyətinin qiymətsiz xəzinəsi, ən əhəmiyyətli xristian türbələrindən biridir. Bu gecə Parisdə baş vermiş hadisə bütün rusiyalıların qəlbində ağrıya səbəb oldu”, - deyə Putinin Makrona ünvanladığı teleqramda yazılıb.
Qeyd edək ki, aprelin 15-də saat 18:50-də baş vermiş güclü yanğın nəticəsində Notr-Dam kilsəsinin böyük hissəsi dağılıb. Hadisə zamanı iki polis və bir yanğınsöndürən yüngül xəsarət alıb.
E. Makron kilsənin bərpası üçün ən yaxşı restavratorların cəlb ediləcəyini söyləyib.
Ekspertlərin fikrincə, bu proses 5 ildən bir neçə on illiyə qədər davam edə bilər.(qafqazinfo.az)
AzNews.az