Şübhəli Nyu-Cersidə yaşayan 37 yaşlı bir kişidir Şübhəli Nyu-Cersidə yaşayan 37 yaşlı bir kişidir
  • Qərb
  • 18 Aprel 2019 08:58
  •  1 905

ABŞ-da məşhur kilsəyə hücum oldu

Şübhəli Nyu-Cersidə yaşayan 37 yaşlı bir kişidir

ABŞ-ın məşhur kilsəsinə hücum edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nyu-York polisi axşam saatlarında verdiyi açıqlamada Manhattan 5 prospektində yerləşən Müqəddəs Patrik Kilsəsində bir hadisəyə müdaxilə etdiklərini bildirib.

İki benzin dolu bidonu kilsənin divarlarına tökən şübhəli şəxs saxlanılıb.

Şübhəlinin Nyu-Cersidə yaşayan 37 yaşlı bir kişi olduğu deyilir.

Hadisənin Fransanın paytaxtı Parisdəki Notr-Dam kilsəsində baş verən və tikiliyə böyük zərər verən yanğının ardınca yaşanması diqqət çəkib.

Pərvanə Ağazadə

AzNews.az