Hərbçilər orada 2019-cu ilin avqust ayına kimi qalacaq Hərbçilər orada 2019-cu ilin avqust ayına kimi qalacaq
  • Qərb
  • 19 Aprel 2019 13:00
  •  1 951

Fransa tankları Rusiya sərhədinə doğru yola düşdü

Hərbçilər orada 2019-cu ilin avqust ayına kimi qalacaq

Fransa Estoniyaya üç yüz nəfərə yaxın hərbçidən ibarət şəxsi heyət, o cümlədən, dörd tank və iyirmi piyada döyüş texnikası göndərib.

Bu barədə FAN Fransanın Tallindəki səfirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransanın Rusiya sərhədi yaxınlığına hərbçi və hərbi texnika göndərməsi, NATO-nun Baltikyanı bölgədə hərbi iştirakının gücləndirilməsi ilə bağlı missiyasının bir hissəsidir.

Şəxsi heyət və hərbi texnika ölkəyə aprelin 23-də çatacaq və Rusiya sərhədindən 140 km aralıda yerləşən Tapa şəhərinə dislokasiya olunacaq. Səfirliyin bildirdiyinə görə, hərbçilər orada 2019-cu ilin avqust ayına kimi qalacaq.

Hərbi kontingentə Fransa ordusunun ikinci briqadasının hərbi qulluqçuları, həmçinin, Xarici legionun muzdlu əsgərləri daxildir. Hərbi texnika ölkəyə dəmiryolu xətti ilə çatdırılacaq.(oxu.az)

AzNews.az