Bu təyinatla F.Türk BMT sistemində ən yüksək vəzifəyə təyin olunan Avstriya diplomatı olub Bu təyinatla F.Türk BMT sistemində ən yüksək vəzifəyə təyin olunan Avstriya diplomatı olub
  • Qərb
  • 19 Aprel 2019 13:29
  •  1 537

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edildi

Bu təyinatla F.Türk BMT sistemində ən yüksək vəzifəyə təyin olunan Avstriya diplomatı olub

BMT-nin baş katibi Antonio Quterreş avstriyalı Folker Türkü strateji koordinasiya üzrə baş katibin müavini vəzifəsinə təyin edib.

2015-ci ildən Cenevrədə BMT-nin qaçqınlar üzrə ali komissarın müavini vəzifəsində çalışan F.Türk bu ilin iyul ayında çilili Fabritsio Drummondu əvəz edəcək. Bu təyinatla F.Türk BMT sistemində ən yüksək vəzifəyə təyin olunan Avstriya diplomatı olub.

Təyinatla bağlı açıqlamada qeyd edilib ki, strateji koordinator beynəlxalq təşkilatın siyasət, sülhün təminatı, davamlı inkişaf, humanitar yardım, insan haqları və hüquqi dövlətçilik idarələrindən baş katibin ofisinə təqdim olunmuş məlumatların strateji analizi və əlaqəli təsviri məsələlərinə cavabdehdir.

Hüquq üzrə ali təhsilə malik 54 yaşlı V. Türk 30 ildən artıqdır ki, BMT sistemində çalışır.(AZƏRTAC)

AzNews.az