“Yanacağın qiymətləri aşağı düşür" “Yanacağın qiymətləri aşağı düşür"
  • Qərb
  • 26 Aprel 2019 19:56
  •  1 244

Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırdı

“Yanacağın qiymətləri aşağı düşür"

ABŞ Prezidenti Donald Tramp OPEC nümayəndələrindən neftin qiymətini aşağı salmaq üçün addımlar atmağı xahiş edib.

Bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, - deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı. (report)

AzNews.az