Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb
  • Qərb
  • 15 May 2019 10:36
  •  1 338

ABŞ-ın neft ehtiyatları artıb

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,63 milyon barrel artaraq 477,8 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 2,81 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.(AZƏRTAC)

AzNews.az