Nümayəndələr Palatası Türkiyəyə Patriot satışını tam dəstəkləyir Nümayəndələr Palatası Türkiyəyə Patriot satışını tam dəstəkləyir
  • Qərb
  • 16 May 2019 08:15
  •  2 802

ABŞ-dan Türkiyəyə sanksiya tələbi - S-400 qalmaqalı böyüyür

Nümayəndələr Palatası Türkiyəyə Patriot satışını tam dəstəkləyir

Türkiyənin S-400-ləri alacağı tarix yaxınlaşdıqca ABŞ-ın təhdid və təzyiqləri də artır.

AzNews.az xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatası Türkiyə S-400-ləri alarsa, F-35 proqramından çıxarılması, satışın dayandırılması və sanksiya tətbiq olunması barədə təklif verib.

Layihədə Türkiyənin Rusiya və İran ilə ortaqlıq etdiyi bildirilib.

“Türkiyənin almağı planlaşdırdığı S-400-lər ABŞ və NATO müttəfiqlərinin təhlükəsizliyini sual altına salır. Türk-Amerikan münasibətlərini zəiflədir və Türkiyənin F-35-dən istifadə və onun istehsalında iştirak etməsi ilə uyğunlaşmır”.

Layihədə Türkiyənin F-35 proqramı ilə yanaşı ABŞ-dan bir çox silah və vasitə aldığı deyilib. Nümayəndələr Palatasının Türkiyəyə Patriot satışını tam dəstəklədiyi vurğulanıb.

Qərar layihəsində həmçinin Türkiyəyə S-400 alışının ləğv edilməsi ilə bağlı çağırış edilib.

Pərvanə Ağazadə

AzNews.az