"Rusiya prezidentinə görə "tənzimlənmək" qəbuledilməzdir "Rusiya prezidentinə görə "tənzimlənmək" qəbuledilməzdir
  • Qərb
  • 16 May 2019 11:29
  •  2 985

ABŞ Konqresi Türkiyəni Putinə "yaltaqlanmamağa" çağırdı

"Rusiya prezidentinə görə "tənzimlənmək" qəbuledilməzdir

Vaşinqton Türkiyəni Rusiyaya "yaltaqlanmamağa" və C-400 zenit-raket komplekslərinin (ZRK) alınması planlarından imtina etməyə çağırıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Demokratlar və Respublikaçılar da daxil olmaqla, Amerika Konqresinin Nümayəndələr Palatasının üzvləri müvafiq qətnamə tərtib ediblər.

Reuters-in məlumatına görə, konqresmenlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya ilə hərbi əməkdaşlıqdan çəkinməyə çağırıblar.

"Rusiya prezidenti Vladimir Putinə görə "tənzimlənmək" qəbuledilməzdir", — deyə Demokratlar partiyasının üzvü, Palatanın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Eliot Engel bildirib.

Rusiya və Türkiyə 2017-ci ildə C-400-ün tədarükünə dair müqavilə imzalayıblar. Vaşinqton dəfələrlə razılaşmaya qarşı çıxıb və Ankaranı sanksiyalarla hədələyib. Xüsusilə, ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcıları üzrə əməkdaşlıq proqramından çıxaracağı ilə hədələyib. Türkiyə hakimiyyəti isə öz növbəsində bəyan edib ki, nə Rusiya raketlərindən, nə də Amerika təyyarələrindən imtina etmək niyyətində deyillər.

Mayın 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə dövləti C-400-ün alışını təxirə salmaq niyyətində deyil. Onun sözlərinə görə, müvafiq müqavilə problem olmadan həyata keçirilir.

Babək Göyüş

AzNews.az