ABŞ-da atışma olub ABŞ-da atışma olub
  • Qərb
  • 18 May 2019 19:07
  •  2 923

ABŞ-da atışma olub, xəsarət alanlar var

ABŞ-da atışma olub

"Report" WTHR telekanalına istinadən xəbər verir ki, hadisə İndiana ştatının Mansi şəhərində, "Ball State University" universiteti yaxınlığında, şənlik mərasimi zamanı baş verib.

Hadisə zamanı 7 nəfər xəsarət alıb. Ştat polisinin rəsmi nümayəndəsi Co Uinkl bildirib ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, mərasimdə universitet tələbələri də iştirak edib. Onlardan 4-ü odlu silahdan açılan atəşlə yaralanıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Daha əvvəl ABŞ-da baş vermiş atışmada 5 nəfər xəsarət alıb.

AzNews.az