Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb
  • Qərb
  • 20 May 2019 12:10
  •  1 908

Parisdə yollar bağlandı - Sürücülər tətil edir

Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb

Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir.

100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb.

Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.

Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.

Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb. Aksiyanın məqsədi şosse yollarında hərəkət istiqamətini bağlamaq və minimal sürətlə hərəkət etməkdir.(trend.az)

AzNews.az