Onlar indi bizə heç yaxınlaşa da bilməzlər Onlar indi bizə heç yaxınlaşa da bilməzlər
  • Qərb
  • 20 May 2019 15:41
  •  3 349

Tramp Hillari Klintona söz atdı - "Əgər o, prezident olsaydı..."

Onlar indi bizə heç yaxınlaşa da bilməzlər

“Əgər Hillari Klinton prezident olsaydı, indi Çin bizdən daha yaxşı vəziyyətdə olardı”.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News” kanalına verdiyi açıqlamada deyib.

O, Çinlə ABŞ arasındakı “ticarət müharibəsindən” məmnun qaldığını və vəzifədə olduğu müddətdə Çinin super güc olmayacağını deyib.

“Milyardlarla dollar qazanc əldə edirik, ancaq Çinin vəziyyəti bizim qədər yaxşı deyil, iqtisadiyyatı zəifdir. Bizim iqtisadiyyatımız isə fantastik vəziyyətdədir. Onlar indi bizə heç yaxınlaşa da bilməzlər. Mən prezident olduğum müddətdə Çin heç vaxt super güc olmayacaq”.

Pərvanə Ağazadə

AzNews.az