İstehsalçı cari ilin birinci rübündə 1,1 milyard dollar qazanc əldə edilib İstehsalçı cari ilin birinci rübündə 1,1 milyard dollar qazanc əldə edilib
  • Qərb
  • 21 May 2019 12:47
  •  1 585

“Ford” şirkəti 7 min iş yerini ixtisar edəcək

İstehsalçı cari ilin birinci rübündə 1,1 milyard dollar qazanc əldə edilib

Amerikanın avtomobil istehsalçısı – “Ford” şirkəti 7.000 iş yerini ixtisar edəcək.

Şirkətin baş direktoru Cim Hakettin əməkdaşlara göndərdiyi məktubunda bildirilir ki, bu ixtisarlar şirkətdə bürokratiyanı azaltmaq, menecmentin strukturunu dəyişmək və xərclərə qənaət məqsədilə həyata keçiriləcək.

Keçən il digər avtomobil istehsalçısı – “General Motors” şirkətində də buna oxşar ixtisarlar edilib. Orada həmkarlar ittifaqlarına daxil olmayan 8.000 iş yeri və kontraktla işləyənlərin 15 faizi ixtisar edilmişdi.

“Ford” şirkətində ixtisarlar əsasən Dirborn şəhərində (Miçiqan ştatı) həyata keçirilən əməliyyatlara, o cümlədən yeni məhsullar hazırlanması, marketinq, informasiya texnologiyaları, logistika və şirkətin qərargahında maliyyə bölmələrinə aid olacaq. Bu iş yerlərinin təqribən 2300-ü Birləşmiş Ştatlarda itiriləcək. Həmin işçilərə dəbbə pulu ödəniləcək. Min nəfərdən çox işçi artıq könüllü surətdə və ya dəbbə pulu ödənilməklə şirkətdən gedib. Bu həftədən etibarən daha 500-ə yaxın işçi buraxılacaq. Şirkətin bəyanatında bildirilir ki, bu işçilərin hamısına işdənçıxma müavinəti ödəniləcək.

600 milyon dollara qənaət etmək məqsədilə görülən bu tədbirlər “Ford” şirkətinin məhsullarının bütün dünyada satışı azalandan sonra xərclərin azaldılması üçün nəzərdə tutulan iki illik prosesin tərkib hissəsidir. İstehsalçı keçən ay bildirib ki, cari ilin birinci rübündə 1,1 milyard dollar qazanc əldə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır.(AZƏRTAC)

AzNews.az