Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biri Türkiyədir Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biri Türkiyədir
  • Qərb
  • 23 May 2019 09:10
  •  2 495

Türkiyə Suriya mövzusunda ABŞ-la həmfikirdir - Ceyms Cefri

Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biri Türkiyədir

“Türk və yerli ortaqlarımızla təhlükəsiz bölgə yaradılması üçün çalışırıq”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Nümayəndələr Palatasının Xarici İşlər Komissiyasında keçirilən “Suriyada Həll Yolu Axtarışı: Tramp Hakimiyyətinin Strategiyası” başlıqlı iclasda çıxış edərkən deyib.

O, Suriyanın şimalında təhlükəsiz bölgə danışıqları yaradılması mövzusunda Türkiyə ilə hələlik razılaşma əldə olunmadığını, ancaq görüşlərin davam etdiyini bildirib:

“Tramp Suriya Demokratik Qüvvələrinin (SDQ) bir çox üzvləri ilə PKK arasındakı siyasi əlaqənin fərqindədir. Təhlükəsiz bölgənin yaradılması üçün türklərlə və yerli ortaqlarımızla çalışırıq. Sadəcə yerli hüquq-mühafizə orqanlarının işləyəcəyi, bizim və türklərin də yaxından müşahidə edəcəyimiz bir plandır. Türklərlə və SDQ ilə danışıqlar aparırıq, ancaq hələlik bir razılaşma əldə etməmişik”.

Cefri Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biri kimi dəyərləndirdiyi Türkiyənin üzləşdiyi təhdidlərin hələ də davam etdiyini bildirib. O, PKK Suriyanın şimal-şərqində ya da başqa bir bölgəsində hücum mövqeyinə keçərsə, ikinci bir Kandil Dağı vəziyyətinin yaşanacağını vurğulayıb.

Cefri Rusiya, İran və Əsəd rejiminin Suriyadakı fəaliyyətləri ilə bağlı suala belə cavab verib:

“Türkiyə Əsəd rejiminə qarşı ölkədəki vətəndaş müharibəsinə görə güclü düşmənçilik hissi bəsləyir. Rəsmi Ankara Rusiyanın ona qarşı həmlələrindən məmnun deyil. Türkiyə Suriyanın şimal-qərbindəki hərbi varlığı ilə yanaşı bizimlə şimal-şərqdə təhlükəsiz bölgə yaradılması ilə məşğuldur”.

Cefri Türkiyə, İran və Rusiya arasında olan Astana danışığı ilə bağlı suala cavab verib. O, Türkiyənin Suriya mövzusunda ABŞ-la həmfikir olduğunu bildirib.

“Türkiyə Suriya hökumətinin davranışını dəyişdirməyə çalışır. Bu mövzuda da həmfikirik. Prezident Trampla Ərdoğan çoxlu telefon danışığı həyata keçirib. Pompeo Türkiyə səfərində Ərdoğanla görüşəndə mən də orada idim. Həm Dövlət Katibliyi, həm də mənim səviyyəmdə türk həmkarlarımızla hər ay əlaqə saxlayırıq”.

Pərvanə Ağazadə

AzNews.az