"Son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib" "Son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib"
  • Qərb
  • 24 May 2019 14:43
  •  2 348

ABŞ rəsmisi: “Xəzər regionu unikaldır”

"Son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib"

Enerji perspektivləri baxımından Xəzər regionu həqiqətən də unikaldır.

Bunu Vaşinqtonda ABŞ Ticarət Palatasının və bir sıra səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən IV Transxəzər Forumunda ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk bildirib.

O qeyd edib ki, son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib.

Forumda çıxış edən “BP America”nın xarici əlaqələr üzrə rəhbəri Bob Scher qeyd edib ki, Xəzərdə infrastruktur var və onun daha da genişləndirilməsi mümkündür. O bildirib ki, BP-nin SOCAR-dan daha yaxşı tərəfdaşı yoxdur.(report.az)

AzNews.az