Şahzadənin çoxsaylı qohumları onu sosial şəbəkələrdə təbrik edirlər. Şahzadənin çoxsaylı qohumları onu sosial şəbəkələrdə təbrik edirlər.
  • Qərb
  • 10 İyun 2019 15:00
  •  2 156

II Yelizavetanın ərinin 98 yaşı oldu

Şahzadənin çoxsaylı qohumları onu sosial şəbəkələrdə təbrik edirlər.

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filippin 98 yaşı tamam olur.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti" yayıb.

Günorta saatlarında şahzadənin ad günü münasibətilə Londonun Qayd parkında atəşfəşanlıq baş tutacaq.

Şahzadənin çoxsaylı qohumları onu sosial şəbəkələrdə təbrik edirlər.

Filipp bir neçə rekorda imza atıb. Məsələn, o, hamıdan çox şahzadə funksiyasını yerinə yetirib. Bundan əlavə, o, Britaniya kral ailəsinin bütün üzvləri arasında daha çox ömür sürüb.

Nəhayət, Filipp iki il bundan öncə xanımı ilə toylarının 70 illiyini keçirib.

Babək Göyüş

AzNews.az