Gəmidə olan miqrantların tam sayı məlum deyil Gəmidə olan miqrantların tam sayı məlum deyil
  • Qərb
  • 12 İyun 2019 17:46
  •  2 378

Daha bir miqrant faciəsi - 7 nəfər öldü

Gəmidə olan miqrantların tam sayı məlum deyil

Yunanıstanın Lesbos adası yaxınlığında göyərtəsində miqrantlar olan gəmi batıb, nəticədə 7 nəfər həlak olub.

Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində 57 sərnişin xilas edilib.

Xilas olanlar xəstəxanaya yerləşdiriblər.

Gəmidə olan miqrantların tam sayı məlum deyil. Ərazidə beş xilasedici gəmi və vertolyot axtarışları davam edir.

Ehtimal olunur ki, gəminin aşmasına səbəb həddən artıq yüklü olmasıdır.(AZƏRTAC)

AzNews.az