"Moskvanın fikrincə, bu, Sovet İttifaqının dağılmasından daha böyük strateji fəlakətdir" "Moskvanın fikrincə, bu, Sovet İttifaqının dağılmasından daha böyük strateji fəlakətdir"
  • Qərb
  • 13 İyun 2019 17:02
  •  5 029

Kremlin Ukraynaya qarşı siyasəti strateji uğursuzluğa düçar olub - İsveçin sabiq Baş naziri

"Moskvanın fikrincə, bu, Sovet İttifaqının dağılmasından daha böyük strateji fəlakətdir"

İsveçin sabiq Baş naziri Karl Bildti Aİ-nin qeyri-rəsmi xarici işlər naziri adlandırırlar. Bir də o, qatı rusofobdur və Avropa İttifaqının vahid mövqeyinin tərəfdarıdır.

Bildtin sözlərinə görə, Rusiya Aİ-nin "strateji rəqibidir". Bildt hesab edir ki, məhz Aİ-nin postsovet məkanı ölkələrinə "Şərq Tərəfdaşlığı" çərçivəsində yardımı Moskvanın Ukraynaya qarşı siyasətinin iflasa uğramasına səbəb olub.

Bu haqda Çexiyanın iHned nəşrinin əməkdaşı Martin Ehl yazır.

****

Ukrayna rusiyalılar üçün məğlubiyyət meydanıdır.

İsveçin sabiq Baş naziri Karl Bildt təsdiq edir ki, postsovet ölkələrinə yardım Aİ-nin strateji uğurudur.

****

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, onu cəsarətlə Avropa İttifaqının qeyri-rəsmi xarici işlər naziri adlandırmaq olar. İsveçin sabiq Baş naziri Karl Bildt Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələlərində vahid mövqe tutmasının qəti və inandırıcı tərəfdarıdır və ictimaiyyəti öz tərəfinə çəkməkdən çəkinmir. Bu işdə ona "Tvitter" səhifəsi kömək edir. Digər Avropa siyasətçiləri ilə müqayisədə Bildtin səhifəsi son dərəcə populyardır və onun 663 mindən artıq abunəçisi var.

Bildt ölkəsinin xarici işlər naziri olmuş, Bosniya və Herseqovinada sülh haqqında danışıqlarda iştirak etmiş, sonra isə Avropa İttifaqının nümayəndəsi kimi çalışmışdır. Bildt Şərq Tərəfdaşlığı layihəsinin yaranmasına öz töhfəsini vermişdir, hansı ki, ötən həftə Praqada bu layihənin mövcudluğunun on illiyi münasibətilə konfrans keçirmişdir.

"Bu, Avropa İttifaqının son on ildə bir neçə strateji uğurundan biridir", - deyə beynəlxalq tədbirlərdə fəal iştirak edən diplomat "İqned"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhz bu tərəfdaşlıq, yəni Avropa İttifaqının Ukrayna da daxil olmaqla, altı postsovet ölkəsinə yardımı Kremlin Ukraynada öz ilkin planını reallaşdıra bilməməsinə səbəb olub.

"Kremlin Ukraynaya qarşı siyasəti strateji uğursuzluğa düçar olub. Moskvanın fikrincə, bu, Sovet İttifaqının dağılmasından daha böyük strateji fəlakətdir, - Bildt bildirib. - Ruslar hər zaman Almaniyanın yarısına nəzarət edəcəklərini düşünürdülər. Əmin idilər ki, Ukrayna onlara məxsusdur. Bu isə artıq belə deyil".

Karl Bildtin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi hazırda dondurulub. "Kremldə elə adamlar oturublar ki, bu, xaosdur. Bu vəziyyət Rusiyaya heç bir mənfəət gətirmir. Amma düşünmürəm ki, onlar bu vəziyyətdən necə çıxmağı bilirlər", — deyə Bildt vəziyyəti təhlil edib.

Bu yaxınlarda Avropa İttifaqı Çini "strateji rəqib" adlandırıb, Rusiya da Bildtin sözlərinə görə, "strateji rəqib"dir. Lakin Aİ Ukraynaya hücum etdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. İsveçli siyasətçi hesab edir ki, yaxın zamanlarda Avropa İttifaqının bu mövqeyi, çətin ki, dəyişsin.

"Sanksiyalar hər altı aydan bir müzakirə olunur və hər dəfə də uzadılır. Mənim hisslərimə görə, əgər heç bir şey köklü şəkildə dəyişməsə, hər şey belə də qalacaq", - deyə Bildt bildirib.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski ona yaxşı təsir bağışlayıb.

"İlk xarici səfərinə Brüsselə yollanıb. Seçkilərdən sonra Kiyevdə onunla yemək yedim və bu adam dinləməyi yaxşı bacarır. Sonrasına baxarıq necə olacaq", - deyə sabiq Baş nazir ehtiyatla danışıb.

O, Avropa İttifaqının rəhbərliyində kimin yüksək vəzifələr tuta biləcəyi və Avropa Parlamentinə seçkilərdən sonra üzv ölkələrin danışıqlar apardıqları barədə fərziyyələr verməkdən imtina edib. Kim onları tutsa da, Bildtin bütün gələcək liderlər üçün vacib tövsiyəsi var: Avropa Birliyinin birliyi naminə işləmək lazımdır.

"İttifaq daxilində bəzi subyektlər anlamalıdırlar ki, biz qlobal rəqabətdə yalnız o halda uğur qazana bilərik ki, bir-birimizlə əməkdaşlıq edək, - deyə Bildt qeyd edib. - Əgər biz bunu etməsək, özümüzün hərəkət etmək əvəzinə, başqalarının fəaliyyət sahəsinə çevriləcəyik".

Onun fikrincə, yeni rəhbərlikdə güclü xarici siyasət idarəsinin rəhbəri və Avropa Şurasının güclü sədri lazımdır. Onların hər ikisi ən sıx əməkdaşlıq etməlidirlər.

"Ümid edirəm ki, insanlar bölünmüş Avropanın təhlükəsini başa düşürlər. Biz prinsipcə dəyişən bir dünyada yaşayırıq. Çinin 20-30 il sonra iqtisadiyyatı iki dəfə Amerika iqtisadiyyatını aşa bilər. Hindistan Avropa kimi əhəmiyyətli ola bilər. Rusiyanın gələcəyi qeyri-müəyyəndir. O, çox qəddar fövqəldövlət oyununa yol açır. Avropa ölkələrinin heç biri bununla təkbaşına öhdəsindən gəlmək üçün kifayət qədər böyük deyil", — deyə təcrübəli siyasi xadim qeyd edib.

Müsahibədə o, ABŞ-Çin arasındakı hazırkı ticarət fikir ayrılıqlarının dünyada hakimiyyəti yenidən bölüşdürmək cəhdlərinin nəticəsi olduğunu da söyləyib. Gələcəkdə də Aİ-nin arxalana biləcəyi qüvvə məhz ticarət olacaqdır. "Bu mənada biz fövqəldövlətik, lakin biz qaydalara əməl edilməsinə əsaslanan beynəlxalq sazişlərdən və qaydalardan asılıyıq. Çinlilər haqqında da eyni sözləri demək olar, amerikalılar isə onları sual altına qoyurlar", - deyə Bildt Avropa İttifaqının güclü tərəfinə işarə edib.

Onun fikrincə, Amerika prezidenti Donald Tramp Avropa İttifaqına qarşıdır və Avropanı heç cür anlaya bilmir. "Ola bilsin ki, o, yalnız burada qolf sahəsinin olduğu yerləri başa düşür", - deyə Bildt bildirib. Buna görə də Avropa ABŞ-da Konqres və ya biznes dünyası kimi digər tərəfdaşlarla əlaqələri axtarmalı və möhkəmləndirməlidir.

Avropa texnoloji innovasiyalarda lider deyil və buna baxmayaraq, texnologiyaların mühüm bir siyasi alət olduğu bir dünyada öz kozırları var. Skandinaviya şirkətləri olan "Ericsson" və "Nokia" 5G yeni şəbəkələrinin inkişafında liderlərdir.

"Bu, heç bir amerikalı oyunçuda olmayan ən vacib texnologiyalardan biridir", - deyə Bildt vurğulayıb. - Lakin Aİ texnologiya sahəsinə daha çox diqqət ayırmalıdır".

Babək Göyüş

AzNews.az