Yeni fraksiyaya hələlik Avropa Parlamentinin 73 üzvü daxil olub Yeni fraksiyaya hələlik Avropa Parlamentinin 73 üzvü daxil olub
  • Qərb
  • 14 İyun 2019 12:44
  •  1 510

Avropa Parlamentində sağçı populistlər fraksiya yaratdı

Yeni fraksiyaya hələlik Avropa Parlamentinin 73 üzvü daxil olub

“İdentiklik və demokratiya” – Avropa Parlamentinin 9 ölkədən olan, əsasən sağçı populist qüvvələrə aid edilən deputatları öz fraksiyalarını belə adlandırmaq qərarına gəliblər.

Yeni fraksiyaya hələlik Avropa Parlamentinin 73 üzvü daxil olub. Fraksiyanın sədri italyan “Liqa”sının təmsilçisi Marko Sanni, onun müavinləri isə Fransanın “Milli birlik” Partiyasının baş katibi Nikolya Be və “Almaniya üçün Alternativ” Partiyasının həmsədri Yorq Moyten seçiliblər.(AZƏRTAC)

AzNews.az