Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib
  • Qərb
  • 14 İyun 2019 14:34
  •  2 325

Serbiya Kosovoya hücum etməyə hazırlaşır - Yeni münaqişə ocağı yaranır

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib

Əgər beynəlxalq birlik orada yaşayan serbləri müdafiə etməsə, Serbiya Kosovoya qoşunlarını yeridəcək.

AzNews.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İviça Daçiç “İzvestiya”ya müsahibəsində deyib.

"Əgər beynəlxalq birlik BMT-nin qətnaməsinə nəzərdə tutulmuş şəkildə reaksiya verməsə, serblər qırğına məruz qalarsa, onlara hücum edilərsə, Belqrad reaksiya verməli olacaq və Serbiya buna hazırdır", — deyə Daçiç bildirib.

Diplomat Kosova və Metoxiya məsələsində siyasi dəstəyinə görə Rusiyaya da təşəkkür edib, yardım üçün Moskvaya müraciət etmək lazım olmayacağına ümidvar olduğunu vurğulayıb.

Serbiya əhalisinin respublika polisi ilə toqquşması mayın 28-də kosovo-alban xüsusi təyinatlıları regionun şimal bələdiyyələrində ən azı 13 serbi həbs etdikdən sonra başlayıb. Onlar küçələrə çıxıblar və barrikadalar düzəltməyə başlayıblar. Hər iki tərəfdən odlu silahdan istifadə edilib. Yaralıların olduğu deyilir.

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib. Rusiya, Çin, İsrail, İran, İspaniya, Yunanıstan və bir sıra digər ölkələr bunu tanımaqdan imtina ediblər.

Serbiya Kosovo muxtar vilayətini və Metoxiyanı Konstitusiyasında öz ərazisinin bir hissəsi kimi qeyd edib.

Belqradla Kosovo arasında danışıqlar 2017-ci ilin martında dayandırılıb.

Babək Göyüş

AzNews.az