- Qərb
- 17 İyun 2019 16:40
- 2 459
ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evləndi
Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.
ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker evlənib.
Diplomat “Amerikanın səsi” radiosunun jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.
Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.
Qeyd edək ki, 54 yaşlı K.Volker 2008-2009-cu illərdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi olub. O, 2011-ci ildən Makkeyn İnstitutunun direktorudur. Təcrübəli diplomat 2017-ci il iyulun 7-də ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub. (report)
AzNews.az