Mer isə bu ittihama cavab verməklə vaxt itirmək istəmir Mer isə bu ittihama cavab verməklə vaxt itirmək istəmir
  • Qərb
  • 17 İyun 2019 20:58
  •  2 051

Donald Tramp Londondakı kriminal faktlara görə müsalman meri ittiham edir

Mer isə bu ittihama cavab verməklə vaxt itirmək istəmir

ABŞ Prezidenti Donald Tramp şəxsi “Twitter” hesabından London meri Sadıq Xanı tənqid edib.

D.Tramp 24 saat ərzində baş verən 3 cinayət hadisəsindən sonra paylaşdığı yazıda Londonun ilk müsəlman meri Sadıq Xanın İngiltərənin paytaxtını məhv etdiyini bildirib. Prezident Londonun yeni merə ehtiyacı olduğunu yazıb.

Sadıq Xanın köməkçisinin verdiyi açıqlamada merin hazırda cinayət qurbanlarının ailələrinin yanında olduğunu və belə tənqidlərə cavab verərək vaxtını itirməyəcəyini söyləyib.(AZƏRTAC)

AzNews.az